Accessibility links

İran-Pakistan sərhədində 29 Hind həbs olunub - 2005-01-23


Pakistan təhlükəsizlik qüvvələri İrandan Pakistana qeyri qanuni yolla keçməyə cəhd göstərən 29 Hindistan vətəndaşını saxlamışlar. Yerli hakimiyyət orqanlarının bildiridiyinə görə bu şəxslər dünən axşam Taftan sərhəd keçid məntəqəsində həbs edilərək vilayət paytaxtı olan Kvetta şəhərinə aparılmışlar. Hindistanlılar müstəntiqlərə deyiblər ki, onlar Avropaya gedərkən yolda İran sərhədçiləri tərəfindən tutulmuş və Pakistana getməyə məcbur edilmişlər. Mühacirət rəsmisinin bildirdiyinə görə Hindləri Pakistana lazımi sənədlərsiz daxil olduqlarına görə cərimələr ya d bir neçə aylıq həbs gözləyir. Qeyd edək ki, Hindistan vətəndaşları tez-tez İrandan tranzit kimi istifadə edərək Türkiyəyə oradan da Avropa iş dalınca gedirlər.

XS
SM
MD
LG