Accessibility links

Amerikada yaşayan iraqlı qadınların fəaliyyəti - 2005-01-26


İraq ictimaiyyətinin yanvarın 30-da keçiriləcək seçkilərdə tam iştirakını təmin etmək üçün namizədlərdən üçündən biri qadın olmalıdır. Bu tələb ölkə xaricində yaşayan iraqlı qadınların fəallığının artmasına yol açıb. Stereotiplərdən fərqli olaraq İraq qadınlarının cəmiyyətdə fəallığı daha artıqdır. Səddam Hüseynin repressiv rejiminə baxmayaraq qadınlara bir çox sahələrdə hüquqlar verilmişdi. Lakin indiyədək iraqlı qadınların siyasi həyatda fəallığı məhdud idi. Lakin indi İraq konstitusion məcəlləsində qadınlar yerlərin üçdə birini əldə etmək imkanına malikdirlər. Detroyt Universitetinin professoru doktor Najva Əlcavad bildirdiyinə görə hətta Amerika Konqresində qadınların faizi bu qədər deyil. Doktor Əlcavad deyir: “Bu qadınlara nəyəsə qadir olduğunu göstərmələrinə təşviq edir. Mən inanıram ki, qadınların siyasi proseslərdə iştirakı və səmərəli fəaliyyətlərinə doğru bu ilk addımdır.” Doktor Əlcavad İraq seçkilərinin təşkilində iştirak edən könüllü qadınlar qrupunun fəal üzvlərindəndir. Digər fəaliyyətlərlə yanaşı bu qrup qadınların seçkilərdə iştirakıni təmin etmək üçün onlara xüsusi kurslar təşkil edir. Amerikada yaşayan iraqlı qadınların çoxu bəlkə də heç vaxt İraqa qayıtmayacaq. Lakin onların İraqda demokratik bir quruluş yaradılması istəyi, qadınların siyasi fəallığı İraqda sülhə doğru atılan ilk addımlardandır.

XS
SM
MD
LG