Accessibility links

ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyası Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma faktlarını araşdıracaq - 2005-01-28


ATƏT-in Minsk Qrupunun həmsədrələri və bu qurumun faktaraşdırıcı missiyası Azərbaycana gəlib. Missiya sabah Ermənistana, oradan isə Azərbaycanın işğal olunmuş rayonlarına gedərək məskunlaşma faktlarını araşdıracaq. Faktaraşdırıcı missiyaya Almaniyalı ekspert Emeli Marqarit Haber başçılıq edir. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Stiven Mən, Fransadan olan həmsədr Bernar Fasie, Rusiyalı həmsədr Yuri Merzlyakov və Almaniya, Finlandiya, İtaliya və İsveç ekspertlərin də daxil olduğu faktaraşdırıcı missiya bu gün Azərbaycan xarici işlər nazirliyində geniş müzakirələr aparıb. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT MQ-nin faktaraşdırıcı missiyası, Azərbaycan Xarici İşlər, Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Torpaq Komitəsinin təmsilçiləri birgə müzakirələr keçirib. Müzakirələr zamanı Azərbaycan tərəfi faktaraşdırıcı missiyaya işğal olunmuş ərazilərdə məskunlaşma ilə bağlı video, audio materiallar və xəritələr təqdim edib. Cənab Əzimovun dediyinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma 23 minədək insanı əhatə edir.

XS
SM
MD
LG