Accessibility links

Pakistanın İslamçı qrupları İsraillə əməkdaşlıqdan imtina edirlər - 2005-01-29


Pakistan polisi bildirir ki, İslamçı militantlar ölkədə fəaliyyət göstərən ən iri media qrupunun ofisini darmadağın ediblər. Bu, media qrupunun İsrail baş nazirinin müavini Şimon Pereslə apardığı müsahibənin yayımından bir gün sonra baş verib. Polisin dediyinə görə onlarla adam gündəlik Cəng və Geo televiziya stansiyaının binasına hücum edərək keşikçiləri zərərsizləşdirmiş və otaqlardakı mebel və pəncərələri sındırmışlar. Cənab Peres verdiyi müsahibədə Pakistanı İsraillə diplomatik münasibətlər yaratmağa çağırmışdı. Xatırladaq ki, dövlət dini İslam olan Pakistan yəhudi dövləti ilə diplomatik əlaqələr saxlamır.

XS
SM
MD
LG