Accessibility links

P.Bremer İraq seçkilərini qələbə kimi qiymətləndirir - 2005-01-31


Birləşmiş Ştatların İraqdakı keçmiş mülki administarstoru Pol Bremer bazar günü seçkilərini demokratiyanın qələbəsi və skeptisizimin yanlışlıq olduğuna sübut kimi qiymətləndirib. Amerikanın NBC tele-şirkətinə müsahibəsi zamanı cənab Bremer deyib ki, seçkilər İraq xalqının və prezident Buşun azadlıq mesajının böyük qələbəsidir. Dünya ölkələrinin liderləri də həmçinin, İraq seçkilərini xalqın zəfəri adlandırıblar. Fransa prezidenti Jak Şirak seçkiləri İraqın yenidərqurmasında mühüm bir mərhələ kimi qiymətləndirib. Almaniyanın xarici işlər naziri Yoşka Fişer təhlükədən qorxmayan iraqlıların səsvermədəki fəallığını alqışlayıb. Rusiya prezidenti Putin seçkilərə tarixi hadisə kimi dəyər verib. Alqışlar Çin də daxil edilməklə, Asiya ölkələrindən də səslənib.

XS
SM
MD
LG