Accessibility links

Prezident Buş İraq seçkilərinin çox böyük nailiyyət olduğunu deyib  - 2005-01-31


Ağ Evdə toplaşan müxbirlər qarşısında çıxış edən ABŞ prezidenti bu nailiyyəti öz adına yazmamış, əksinə, göstərdikləri şücaətə görə iraqlıları alqışlayaraq, böyük risklə qarşılaşmalarına baxmayaraq, onların demokratiyaya sadiq olduqlarını nümayiş etdirdiklərini bildirmişdir. Bununla belə, prezident Buş demokratiya qarşısında təhlükələrin mövcud olduğu haqda xəbərdarlıq etmişdir. “Terroçular və militantlar demokratiyaya qarşı müharibəni davam etdirirlər. Biz onlarla mübarizədə İraq xalqına dəstəyi davam etdirəcəyik”-deyə prezident Buş bildirmişdir. ABŞ prezidenti bəyan etmişdir ki, iraqlılar sözlərini demiş, dünya da azadlığın səsini eşitmişdir. Buş administrasiyasının rəsmiləri İraq sünnülərinin idarəetmə prosesinə cəlb olunacağına inandıqlarını bəyan ediblər. CNN teleşirkətinə verdiyi müsahibədə ABŞ Dövlət katibi Konodliza Rays bildirib ki, İraqın şiə və kürd liderləri İraq xalqının bütün nümayəndələrinin təmsil olunacağı bir hökumət yaradılmasının vacibliyini vurğulayıblar. Xanım Rays bildirib ki, o, bütün tərəflərin maraqlarının nəzərə alınacağı prosesin irəliləcəyinə inanır.

XS
SM
MD
LG