Accessibility links

Türkiyənin narahatlıqları artır - 2005-01-31


Türkiyə rəhbərliyi İraqın neftlə zəngin Kərkük vilayətində siyasi nəzarətin kürdlərin əlinə keçə bilməsindən narahatlığını bildirib. Bu narahatlıqlar ABŞ rəsmilərinin Kərkük məsələsinin İraqın səlahiyyəti altında olduğunu bildirməsi ilə daha da artıb. Bu gün Pentagonun nümayəndəsi Duglas Feyt Türkiyənin xarici işlər naziri Abdulla Gülə bildirib ki, Birləşmiş Ştatlar İraqın ərazi bütövlüyünü müdafiə edəcək. Hərbi siyasət məsələləri üzrə nümayəndə deyib ki, Kərkük məsələsinin həlli hansısa bir grupun yox, iraq xalqının işidir. Türkiyənin xarici işlər naziri Abdulla Gül türk xalqının Kərkükdə baş verən etnik münaqişələrə hökümətin reaksiya göstərməsini tələb edəcəyini bildirib.

XS
SM
MD
LG