Accessibility links

Nepal kralı bütün səlahiyyətləri əlinə alıb - 2005-02-01


Nepal kralı Gyanendra hökuməti buraxaraq, bütün səlahiyyətləri əlinə alıb və ölkədə fövqəladə vəziyyət elan edib. Paytaxt Katmandunun hava limanı bağlıdır. Kral xarici ölkələrlə bütün rabitə şəbəgələrinin kəsiləsinə sərəncam verib. Hərbi qüvvələr baş nazir Şer Bahadur Deuba daxil olmaqla, ölkənin siyasi rəhbərlərinin evlərini mühasirəyə alaraq, onları evdustağı saxlayırlar. Əsgərlər zirehlı maşınlarla küçələrdə keşik çəkir. Kral bildirib ki, üç il ərzində yeni hökuməti təşkil edəcək. Lakin o, hökumət çevrilişi barədə yayılan xəbərləri təkzib edib.

XS
SM
MD
LG