Accessibility links

Pentaqon rəsmisi İranı nüvə silahları proqramına son qoymağa səsləyir  - 2005-02-01


İraq müharibəsinin memarı hesab edilən yüksək səviyyəli Pentaqon rəsmisi ümid etdiyini bildirib ki, Amerika diplomatik yollarla İranı nüvə silahları proqramından daşındırmağa nail olacaq. Bu gün Türkiyədə səfərdə olan Birləşmiş Ştatlar Müdafiə Nazirinin müavini Douglas Faith deyib ki, nüvə silahları proqramına son qoymaq İranın maraqlarına xidmət edir. O, Tehranı 2003-cü ildə kütləvi qırğın silahları istehsalını dayandırmış Liviya nümunəsindən ibrət dərsi götürməyə çağırmışdır. Tehran israr edir ki, opnun nüvə proqramı sülhpərvər məqsədə xidmət edir. Lakin İranı şər üçbucağının tərkib hissəsi adlandıran Corc Buş Tehran öz nüvə proqramında şəffaflıq təmin etmədiyi təqdirdə bu ölkəyə qarşı hərbi qüvvə işlədilə biləcəyini istisna etməyib.

XS
SM
MD
LG