Accessibility links

Suriya və İordaniya liderləri görüş keçirib - 2005-02-02


Surya prezidenti Bəşir Əl-Əsəd İordaniya kralı Abdulla ilə görüşü zamanı Yaxın Şərqdə sülh perspektivləri və müharibədən sonrakı İraqın durumu məsələlərini müzakirə edib. Bu gün 90 dəqiqə davam edən danışıqların İordaniyanın paytaxtı Əmmanda keçirildiyi xəbər verilir. Ölkələrin xarici işlər nazirləri görüşü produktiv adlandırıblar. Xatırladaq ki, İordaniya Suriyanı İsrail-Fələstin arasında atəşkəs əldə edilməsində iştirak etməyə çağırır. İsrail isə Suriyanın iştirakına etiraz edərək, Dəməşqi İsrail əleyhinə militantlara sığınacaq verməkdə günahlandırır.

XS
SM
MD
LG