Roma Papası Yohann Pol öz xəstəxana otağının pəncərəsinə gələrək ona baş çəkən insanları salamlamış və onlara xeyir-dua vermişdir. 84 yaşlı ali ruhani bu gün yerli vaxtla günorta 12:00-də özünün həftəlik moizəsini Latınca oxumuşdur. Zəif, lakin yaxşı əhval-ruhiyyədə görünən Roma papası xəstəxananın bayırında yığılmış izdihama əlini yelləmişdir.