Accessibility links

İran insan hüquqlarının müdafiəçisi Amerikanın ölkəsinə hücum etməsini istəmir - 2005-02-08


İranda insan hüquqlarının müdafiəsinə görə Nobel mükafatına layiq görülmüş Şirin Ebadi xəbərdarlıq edib ki, Birləşmiş Ştatların İrana hücumu həmin ölkədə insan hüquqları üçün dəhşətli fəlakətə səbəb olar. Bu xəbərdarlıq bu gün Nyu York Taymz qəzetində çap edilib. Şirin Ebadinin bəyanatı İranı nüvə silahları istehsalından daşındırmaq məqsədilə Prezident Buşun hərbi qüvvədən istifadəni istisna etmədiyi haqda dediklərindən bir neçə həftə sonra baş verir. Xanım Ebadi bildirib ki, onun ölkəsində insan hüquqlarının vəziyyəti arzu olunan səviyyədə deyil. Amma insan hüquqlarına hörmət xaricdən hərbi hədələrlə yox, İran xalqının iradəsi əsasında təşəkkül tapmalıdır.

XS
SM
MD
LG