Accessibility links

Şimali Koreya nüvə silahına malik olduğunu bəyan edir  - 2005-02-10


Şimali Koreya özünün indiyədək verdiyi ən kəskin bəyanatında açıq şəkildə bildirib ki, o, nüvə silahlarına malikdir. Amerikanın özünə qarşı tutduğu düşmən mövqeyi əsas gətirərək, Pxenyan 6 tərəfli danışıqlarda iştirakını qeyri-müəyyən müddətə dayandırmışdır. Ölkənin kommunist liderləri bəyan ediblər ki, onlar nüvə silahlarını xarici hücumdan müdafiə vasitəsi kimi saxlayacaqlar. Keçmişdə də Şimali Koreya nüvə silahları inkişaf etdirdiyini bildirmişdi, lakin dünən verilən bəyanat həmin ölkənin nüvə silahlarına malik olması hqda ilk etirafıdır. Bu məsələ ilə bağlı Birləşmiş Ştatların rəsmi mövqeyini açıqlayan dövlət katibi Kondoliza Rays deyib ki, əgər Pxenyanın bəyanatı həqiqətdirsə, bu yalnız həmin ölənin tədricini dərinləşdirəcək. Xanım Rays əlavə edib ki, Amerikanın Şimali Koreyaya hücum etmək planı yoxdur.

XS
SM
MD
LG