Accessibility links

Zurab Noqaydeli Gürcüstanın baş naziri vəzifəsinə namizəd göstərilib - 2005-02-10


Gürcüstan baş naziri Zurab Jvaniyanın ölümündən bir həftə sonra, həmin ölkənin prezidenti Mixail Saakaşvili baş nazir vəzifəsinə Maliyyə naziri Zurab Noqaydelinin namizədliyini irəli sürüb. Qanunvericilər bu təlklifi Cümə günü səsə qoyacaqlar. Parlament spikeri Nina Buracanadze Noqaydelinin nominasiyasını gözlənilməz adlandırıb. Bu gün parlament qarşısında etdiyi çıxışda Prezident Saakaşvili söyləyib ki, Gürcüstan keçən ilin seçkilərindən bəri korrupsiyaya qarşı mübarizədə və iqtisadiyyatın inkişafında ciddi nailiyyətlər əldə edib. O, həmçinin Rusiya ilə münasibətləri yoluna qoymaq məqsədilə Moskvaya səfər etməyə hazır olduğunu bildirib.

XS
SM
MD
LG