Accessibility links

BMT Iraqda qaçqınlara yardım etməyə səsləyir - 2005-02-11


BMT-nin qaçqınlar agentliyi İraq-İordaniya sərhədində ilişib-qalmış 102 İranlı Kürd qaçqınına təcili yardım göstərilməsinə çağırırlar. Uşaqların və hamilə qadınların daxil olduqları bu qaçqınlar qrup keçən ay sərhəd zonasına Falluca və Ramadi yaxınlığındakı qaçqın düşərgələrini tərk etdikdən sonra gəlmişlər. BMT bildirir ki, Bağdaddan sərhədə gedən yollar təhlükəli olduğundan onlar qaçqınlara yardım gətirə bilməyiblər. O biri tərəfdən İordaniya hökuməti sərhədi keçərək İraqda qalmış qaçqınlara yardım verməyə icazə verməyib. Ərzaq və tibbi xidmətə çıxışı olmayan bu insanlar həm də şaxtalı temperatur və güclü küləklərlə üzləşirlər.

XS
SM
MD
LG