Accessibility links

Demokratlara H.Din başçılıq edəcək - 2005-02-12


ABŞ demokratları Hovar Dini Milli Komitələrinə sədr seçiblər. Demokratlar hazırda öz gələcəklərinin perspektivlərini nəzərdən keçirirlər. Son aylar demokratlar üçün asan keçməyib. Prezidentliyə namizəd Con Kerri noyabr ayı seçkilərində məğlub oldu. O vaxtdan bəri demokaratlar bu məğlubiyyətə nəyin səbəb olduğunu apardırmaqla məşğuldurlar. Onlar həm də 2006-cı il konqres seçkilərində nə kimi şanslara malik ola biləcəklərini də götür-qoy edirlər. 447 üzvlü demokratik Milli Komitə Vaşinqtonda yığıncaq keçirib, partiyalarının keçmiş və gələcək liderlərinin fikirlərini dinləyir. Demokratlar arasında Corc Buşun ikinci dəfə qələbə əldə etməsinin səbəblərinə dair müxtəlif fikirlər dolaşsa da, keçmiş prezident Bill Klinton partiyanın nailiyyəti üçün gələcəkdə hansı işlər görülməli olduğunun vacibliyini qeyd edib. Vaşinqton görüşündə demokratlar 2008-ci il prezident seçkilərinə potensial namizədlər məsələsini də müzakirə edirlər. Namizədlər arasında Nyu Meksikonun qubernatoru Bill Riçardson və Şimali Koralina senatoru Con Edvards yer ala bilər. Bəzi ictimai rəy sorğuları isə Nyu-York senatoru Hillari Klintonun 2008-ci il prezident seçkilərində şanslarının yüksək olduğunu göstərib.

XS
SM
MD
LG