Accessibility links

Serbiya prezidenti Kosovada tarixi səfərdədir - 2005-02-13


Serbiya Prezidenti Boris Tadiç Kosovya tarixi səfərdədir. O, 1999-cu ildə həmin əyalətin BMT nəzarətinə keçməsindən sonra Kosovoya gələn ilk Serb lideridir. Cənab Tadiç bu gün iki günlük səfərində Belqradın həmin əraziyə iddiasını bir daha vurğulayıb. Serb tərəfdarları qarşısında çıxış edən Boris Tadiç söz verib ki, o, Kosovoda yaşayan bütün insanların hüquqlarının qorunması üçün əlindən gələni edəcək. Cənab Tadiç bu gün Kosovanın regional paytaxtı Priştinada baş BMT idarəçisi Soren Cessen Petersenlə görüşüb. Etnik albanlar danışıqların getidiyi binaya yumurtalar atmışlar. Lakin xəsarət alan olmayıb.

XS
SM
MD
LG