Accessibility links

Misir nüvə silahı əldə etmək niyyətində deyil - 2005-02-14


Beynəlxalq Atom Enerjisi Agentliyi Misrin nüvə silahları əldə etmək niyyətində olduğuna dair heç bir dəlilin aşkar edilmədiyini bildirir. Agentlik Misir obyektlərinin yoxlanışına keçən ay, Qahirənin nüvə materialları idxalı və kiçik miqyaslı eksperimenlər barədə məlumat verməməsindən sonra başlamışdı. Bu gün Vyana görüşü zamanı BMT diplomatları bildiriblər ki, müfəttişlərin aşkar etdiyi faktlar Misrin verdiyi məlumata tamamilə uyğun gəlir. Onlar bəzi insidentlərin 30 il əvvələ təsadüf etməsinə baxmayaraq, bəzi məsələlərdə narahatlıqların hələ də mövcdur olduğunu deyirlər. Misir hökuməti bu fəaliyyətlərlə bağlı hesabat vermək kimi bir məsuliyyət daşıdığından xəbərdar olmadığını bildirir.

XS
SM
MD
LG