Accessibility links

Livanın keçmiş baş naziri öldürülüb - 2005-02-14


Livanın sabiq baş naziri Rəfiq Əl-Həriri Beyrutda maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində həlak olub. Livanın rəsmi xəbərlər agentliyi bu məlumatı təsdiq edərək bildirib ki, hadisə nəticəsində cənab Həririnin cangüdənləri daxil olmaqla, azı 9 nəfər həlak olub. Sabiq maliyyə naziri Basil Fuleyhanla bərabər bir neçə adam yaralanıb. Güclü partlayış Beyrutun mehmanxanalarının yerləşdiyi məhəllədə baş verib. Təsdiq olmayan xəbərlərə əsasən, Beyrutun ən əzəmətli St. George mehmanxanasının yaxınlığında digər bir bomba partlalayışı baş verib. Nəticədə mehmanxananın bir neçə eyvanı dağılıb və binaya zərər dəyib.

XS
SM
MD
LG