Accessibility links

Gürcüstan-ABŞ münasibətləri inkişaf edir - 2005-02-15


Ağ Evin bildirdiyinə görə, prezident Buş və onun gürcüstanlı həmkarı Mixail Saakaşvili qarşılıqlı əməkdaşlığın inkişafı və islahatlar məsələsini müzakirə ediblər. Ağ Ev sözçüsü Skot Maklellan bu gün bildirib ki, liderlərin Gürcüstanın demokratik islahatları, korrupsiya ilə mübarizəsi və azadlığın genişləndirilməsinə dair telefon müzakirələri qarşılıqlı anlaşma şəraitində keçib. O deyib ki, liderlər Gürcüstanın 1990-ci illərdə müstəqilliyini elan edən Cənubi Osetiya münaqişəsinin həlli yollarını da müzakirə ediblər. Skot Maklellan prezident Buşun baş nazir Zurab Jvanioyanın vəfatı ilə bağlı başsağlığını bir daha təkrar etdiyini bildirib.

XS
SM
MD
LG