Accessibility links

Livanda  matəm elan edilib - 2005-02-15


Livanın Cənab Livan kimi tanınan sabiq baş naziri Rəfiq Əl-Həririnin ölümü ilə əlaqədər ölkədı matəmdir. Paytaxt Beyrutda bütün mağazalar bağlıdır və küçələr ordu patrullarının nəzarəti altındadır. Livanın siyasi şəxsləri qətlə yetirilmiş sabiq baş nazirin ailəsinə başsağlığı veriblər. Sadə livanlıların sabiq baş nazirin yas mərasimində iştirakı ilə Beyrutun nəqliyyət axını azalıb, boş küçələrdə dəhşətli sükut hökm sürür. Cənab Həririnin tərəfdarlarının təşəbbüsü ilə ölkədə 3 günlük matəm elan edilib. Qəzəbli nümayişçilərin Siriya yönümlü BAAS partiyasının qərarqahına keçən qecə hücum cəhdindən sonra Livan ordusu hazır vəziyyətdədir. Livan rəsmiləri yeni müvəqqəti hökümətin təşkili və Hərarinin qətlinin beynəlxalq istintaqına çağırırlar.

XS
SM
MD
LG