Accessibility links

Bakıda məhbusların qiyamı yatırılıb - 2005-02-16


Bakıda məhbusların qiyamı yatırdılıb. 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyam etmiş məhbuslar yaşadıqları binanın damına çıxaraq həbsxana rəisnin istefasını, sosial vəziyyətlərinin yaxşılaşdırılmasını, hüquq müdafiəçiləri və ombutsmanla görüş, həmçinin yerli ANS televiziyasının onların vəziyyəti ilə bağlı çəkiliş aparmasını tələb edib. Öncə həbsxanın mühafizə qüvvələri və polis problemi dinc yolla aradan qalırlmağa cəhd edib. Ədliyyə nazirliyinin məhkəmə qərararları baş idarəsinqin rəhbərliyi məhbusları binanın damını tərk etməyə çağırıb. Hadisə yerinə ombudsman gəlib. Buna məhəl qoyulmadıqda isə etiraz edən məhbusların bir çoxunun valideynləri və qohumları dəvət edilib və bu şəxslər həbsxanya buraxılıb. Qohumlarının çağrışqlarına da məhəl qoymadıqdan sonra gecə saat üçdən başlayaraq ədliyə əsgərləri, daxili qoşunlnlar və daxili qoşunların xüsusi təyinatlıları qiyamın yatırılmasına başlayıb. Öncə məhbuslar tüstü şaşkasına və göz yaşardıcı qaza qonaq edilib. Bunun ardınca isə yüksək təzyiqli su maşınları ilə su atəşinə məruz qalıb. Həbsxananın həyətində atəş səsləri də eşidilib. Öz növbəsində məhbuslar da borclu qalmayıb. Onlar daş, ağac, çarpayılaran qopardıqları dəmir parçaları və binanın damındakı kirəmiti qopaparaq əsgərlərin başına yağdırıb. Bir neçə əsgər ciddi xəsarət alıb.Yalnız səhər saat səkkizdən başlayaraq məhbusların bir hissəsi həbsxana rəhbərliyinin əmrinə tabe olaraq binanın damını tərk edib. Son etirazçıloar isə saat on birin yarasında binanın damından düşüb. Ancaq jurnalistlərin gözü qarşısında ən azı beş məhbus kirəmit parçaları ilə damarlarını kəsib və özlərinə xəsarət yetirib.

XS
SM
MD
LG