Accessibility links

İspaniyada referendum keçirilir - 2005-02-18


İspaniya Avropa Birliyinin yeni konstitusiyası ilə bağlı birliyin ilk referendumunu keçirir. Bloka üzv 25 ölkə lideri xartiyanı keçən oktyabr ayı imzalasa da, bu, hər bir ölkənin parlamentinin təsdiqni əldə etməlidir. Referendumun müsbət nəticə verəcəyi gözlənilsə də, ispanlar yeni konstitusiya ilə bağlı nikbinlikdən uzaqdırlar.İspaniyada aparılan rəy sorğularının nəticələri və mətbuat xəbərlərinə görə, İspaniya vətəndaşlarının əksəriyyəti konstitusiyada nə kimi məsələlərin əks etdirildiyindən tamamilə xəbərsizdir. Baxmayaraq ki, İspaniyanın sosialist hökuməti seçicilərin maaraifləndirilməsi kampaniyasına böyük diqqət verirdi. Avropa Birlyiinə üzv 25 ölkənin 10-u, yəni bloka daxil olan dövlətlərin ümumi əhalisinin yarısının referendum keçirəcəyi gözlənilir. Qalanları isə sənədi parlamentə təqdim edəcək. Hər iki halda da əgər bir səs belə çatışmasa, xüsusilə Fransa və ya Almaniya kimi qüdrətli ölkələr səs verməsə konstitusiya qüvvəyə minməyəcək. Rəy sorğuları ispanların konstitusiyanı bazar günü təsdiq edəcəyini göstərir. Lakin bütün bunlarla yanaşı, Avropa Birliyinin vahidliyi və ya yeni sədənədlə bağlı nikbinliklər də çox deyil. Siyasətçiləri səsvermənin fəal keçməyəci qorxudur. Belə ki, bəzi kiçik siyasi partiyalar seçiciləri yeni konstitusiyanı rədd etməyə çağırır.

XS
SM
MD
LG