Accessibility links

Amerika İraqa əlavə hərbi təlimçilər göndərir - 2005-02-20


Birləşmiş Ştatlar hərbi dairələri bildirirlər ki, onlar Əfqanıstan milli ordusunda yerləşdirilmiş Amerika hərbi təlimçilərinin sayını ikiqat artırıblar. Birləşmiş Ştatlar nümayəndəsi Mayor Erik Blum Kabildə jurnalistlərə deyib ki, Cümə günü Əfqanıstana təlimçi qismində Amerika Milli Qvardiyasının 280 üzvü gəlib. Onun dediyinə görə bu yeni qrup hazırda Əfqanıstanda xidmət edən 300 Amerika təlimçisinə qoşulacaq. Mayor Blum əlavə edib ki, yeni Əfqan ordusunun qurulması işi cədvələ əsasən planlaşdırıldığından tez gedir və 2006-cı ilə qədər artıq Amerika hərbisindən təlim almış 43,000-lik Əfqan ordusu təşəkkül tapacaq. Əfqanıstan Milli Ordusunun hazırda 20 min əsgəri var.

XS
SM
MD
LG