Accessibility links

Kipr Türkləri parlament seçkilərində səs verirlər - 2005-02-20


Kiprin Türklərə aid hissəsində bu gün seçicilər yeni parlament seçirlər. Gündəlikdə əsas məsələ adanın birləşdirilməsidir. Seçkiqabağı sorğular göstərir ki, Baş Nazir Mehmet Ali Talat irəlidə gedir, amma onun səslərin əksəriyyətini qazanacağı güman edilmir. Cənab Talat BMT-nin adanın birləşdirilməsi ilə bağlı planını dəstəkləyir. Onun əsas rəqibi olan keçmiş baş nazir Dərviş Əroğlu BMT planının əleyhinədir. Xatırladaq ki, ötən May Kipr yunanlarının referendumda birləşməni rədd etməsi və bundan sonra Avropa Birliyinə daxil olması cənab Talatın mövqeyini zəiflədib. Kiprdə qoşun saxlayan Türkiyə bu seçkilərin nəticələrinə böyük maraq göstərir.

XS
SM
MD
LG