Accessibility links

AB-nin xartiyası İspaniyada təsdiq ediləcək - 2005-02-20


Bu gün İspaniya Avropa Birliyinin yeni konstitusiyası ilə bağlı ilk milli referendumunu keçirir. Avropa Birliyinin xartiyasının bu gün təsdiq ediləcəyi gözlənilir. Ekspertləri 35 milyonluq seçicinin nə qədərinin referendumda iştirak edəcəyi maraqlandırır. İspaniyanın baş naziri Hose Luis Rodrigez Zapatero seçiciləri fəallığa səsləyib. Seçki nümayəndələri seçicilərin 22 faizinin səsvermədə iştirak etdiyini deyir. Avropa Birliyinin keçən il parlament seçkilərində İspaniya seçicilərinin 45 faizi iştirak etmişdi.

XS
SM
MD
LG