Accessibility links

Misirlilər H.Mübarəkin hakimiyyətinə "kifayətdir" deyirlər - 2005-02-21


Bu gün Misrin paytaxtı Qahirədə yüzlərlə insan prezident Hüsnü Mübarəkin beşinci dəfə hakimiyyətdə qalmasına etiraz olaraq nümayiş keçirib. Nümayişçilər üzərində “kifayətdir” sözləri yazılmış sarı bayraqlar və plakatlar qaldırıblar. Bircə kəlmə Hüsnü Mübarəkin hakimiyyətinin davamı və hakimiyyətin onun oğluna keçə bilməsinə etiraz edən nümayşçilərin şüarı olub. Qeyd edək ki, Misirdə keçirilən bu nümayiş dekabr ayından etibarən təşkil edlən dördüncü etiraz aksiyasıdır. Nümayişçilər prezidentliyə yalnız bircə namizədin irəli sürülülməsinə imkan verən seçki sistemində islahatlara çağırıb.

XS
SM
MD
LG