Accessibility links

İraq Alyansının liderləri yığıncaq keçirib - 2005-02-21


Keçən ay İraq Müvəqqəti Milli Məclisinə keçirilən seçkilərdə qələbə çalan siyasi partiyalar növbəti baş nazirin kim olacağını müzakirə edirlər. Bu yığıncaq Amerika rəsmilərinin yaraqlıların bomba hücumu nəticəsində 3 əsgərlərin həlak olduğu və 8 əsgərinin yaralandığı barədə məlumat vaxtına təsadüf edir. İraq Alyansının liderləri bu gün Bağdadda yığıncaq keçiriblər. İraqın müvəqqəti prezidentinin müavini İbrahim Cəfərinin baş nazirlik şansları digər namizədlərdən yüksəkdir. Baş nazir vəzifəsinə namizədlər arasında bir vaxt özünü Birləşmiş Ştatların yaxın müttəfiqi kimi qələmə verən Əhməd Çələbinin adı da var. Qeyd edək ki, həm cənab Cəfəri, həm də cənab Çələbi şiədir. Milli Məclis seçkilərini boykot edən sünnü liderləri isə yeni hökumətin təşkili işində və əsas qanunun hazırlanmasında yaxından iştirak etmək istəyirlər.

XS
SM
MD
LG