Accessibility links

İyad Ələvi yeni koalisiya yaradacağını deyir - 2005-02-23


İraqın müvəqqəti Baş Naziri İyad Ələvi bildirib ki, o, vəzifəsini əldə saxlamaq məqsədilə siyasi bir koalisiya yaradır. Onun bu bəyanatı şiələrin siyasi xadimi, rəqibi İbrahim Əl-Cəfərinin növbəti baş nazir seçilməsindən sonraya təsadüf edir. Qeyd edək ki, cənab Ələvinin koalisiyası müvəqqəti Milli Məclisin seçkilərində cəmi 14 faiz səs əldə edib. Əl-Cəfərinin daxil olduğu Birlik Alyansı isə Məclisin 275 yerindən cəmi 140-nı qazanıb. Bu arada Amerika rəsmiləri deyirlər ki, İraqın şimalında ayrı-ayrılıqda yaraqlıların hücumları nəticəsində 1 Amerika əsgəri və 2 iraqlı həlak olub.

XS
SM
MD
LG