Accessibility links

Misir prezidenti konstitusiyada dəyişiklik edir - 2005-02-26


Misrin müxalifət partiyaları bu gün prezident Hüsnü Mübarəkin sentyabr ayında keçiriləcək prezident seçkilərində digər namizədlərin də iştirakına icazə veriləcəyi barədə verdiyi xəbəri böyük sevinclə qarşılamışlar. Təhlilçilərin dediyinə görə Birləşmiş Ştatlar Misirdə baş verən islahatlara təzyiq göstərərək, Hüsnü Mübarəki beşinci dəfə birnamizədli prezident seçkilərində iştirak etməkdən çəkindirmiş və bununla orada olan müxalifətə dəstək vermişdir. Müxalifət eləcə də cənab Mübarəkin özünün yerinə oğlu Camalı hazırlaması haqda deyilənlərə etiraz edir. Birləşmiş Ştatların Dövlət katibi Kondaliza Raysın Misirə səfəri gələn həftə gözlənilir. Xatırladaq ki, əvvəlcə planlaşdırılmış səfər təxirə salınmışdı. Səfərin təxirə salınmasının səbəbi yanvar ayında Misrin müxalifət nümayəndəsinin həbsi ilə bağlı idi.

XS
SM
MD
LG