Accessibility links

Əl Anbar vilayətində hərbi əməliyyatlar gücləndirilib - 2005-02-26


Bu gün Amerika marinləri və İraq qüvvələri ölkənin qərbi Əl Anbar vilayətində apardıqları əməliyyatı gücləndiriblər. Yüksək səviyyəli İraq rəsmisinin verdiyi məlumata görə hökumət qoşunları məşhur terrorçu Əbu Müsab əl-Zərqavini yaxalamaq üzrədirlər. Qoşunlar bu gün Fərat çayı vadisinin qərb hissəsinə hərəkət edərək orada bir neçə yaşayış məntəqəsini nəzarətdə saxlayan qiyamçıları əzməyə başlamışlar. Şahidlərin dediyinə görə Birləşmiş Ştatlar marinləri ilə qiyamçılar arasında Ramadi şəhərində gedən döyüşlər nəticəsində 3 iraqlı öldürülüb, 15-i isə yaralanmışdır. Başqa xəbərlərə əsasən ötən bazar günü oğurlanmış İraq televiziyasının qadın aparcısının cəsədi bu gün Mosul şəhərində aşkar edilib.

XS
SM
MD
LG