Prezident Buş deyir ki, o, Avropada olduğu zaman dəyərli müzakirələr aparıb və indi öz diqqətini Amerika təqaüd sistemində həyata keçirəcəyi islahatlara yönəltmək əzmindədir. Bu gün səhər həftəlik radio müraciətində cənab Buş bildirib ki, o, özünün Sosial Təminat proqramı ilə bağlı planlarını Nyu Cersi və İndiana ştatlarına edəcəyi səfər zamanı müzakirə edəcək. O həmçinin bu məsələni Konqres nümayəndələri ilə müzakirə edəcəyini söyləyib. Demokrat Partiyasının həftəlik cavab müraciətini açıqlayan Montana qubernatoru Brayan Şvaytser isə Amerika ticari siyasətindəki anormallıqları aradan qaldırmağa səsləyib. Onun dediyinə görə Amerika hökuməti ucuz dərmanların Kanadadan idxal edilməsinə razılıq verməlidir. Belə ki, Buş hökuməti bütün başqa sahələrdə azad ticarətin tərəfdarıdır.