Accessibility links

Yaxın Şərq İnstitutunda keçmiş diplomat Henri Brext İran mövzusunda çıxış edib - 2005-02-27


Fevralın 22-də Vaşinqtonun Yaxın Şərq İnstitutunda Amerika-İran münasibətlərio mövzusunda konfrans keçirilmişdir. Konfransda çıxış edən natiqlərdən biri region üzrə mütəxəssis və Dövlət Departamentinin İran şöbəsini sabiq rəhbəri Henri Brext hazırda cərəyan edən hadisələrlə bağlı öz maraqlı müşahidələrini auditoriya ilə bölüşmüşdür.

Cənab Brextin dediyinə görə qədim Çin fəlsəfəsinə əsasən Həyatın anlanması 4 vacib faktor -- torpaq, hava, od və su -- haqda bilik tələb etdiyi kimi İranın da başa düşülməsi 4 vacib faktorun tanınılmasından sılıdır. Brextin sözlərinə görə o, bununla Buş hökumətinin israr etdiyi kimi mola rejiminin terrora himayəçiliyi, İsrail-Fələstin cəbhəsində sülhə mane olması, insan hüquqlarını pozmasını və nüvə silahlarına can atmasını nəzərdə tutmur. Keçmiş diplomatın fikrincə İranı başa düşmək üçün 4 faktoru anlamaq gərəkdir.

Bunların birincisi İran millətçiliyidir. İranlılar öz minillik tarixləri və mədəniyyətləri ilə fəxr edirlər. Onlar bura ötən əsrdə baş vermiş inqilabi hərəkatları və o cümlədən Şahın yıxılmasını da aid edirlər. Daim başqa ölkələrin dominasiyasından ehtiyat edən iranlıla istər Amerika istərsə də başqa dövlətin öz işlərinə qarışmasına pis baxırlar. Bu millətçilik isə öz növbəsində ikinci mühüm elementlə uzlaşır ki, bu da Şiəlikdir. Di İranda milli mənsubiyyətin ayrılmaz hissəsidir. Regiondakı başqa müsəlmanlardan fərqli olaraq İranlılar Şiə müsəlmanlarıdır və daim özlərini tarixi Şiələr təki azlıqda və təqib olunan qrup kimi görürlər. Bu isə onlarda qorxu və şübhə kompleksinə yol açıb. Daim xaricilərin iranla bağlı planlarında sui-qəsd elementi görən və axtaran İran xalqı həqiqət olmayan şeylərə inanmağa meyllidir. Nəzərə alanda ki, Amerika xüsusi xidmət idarəsi İranda cərəyan edən hadisələrdə müəyyən rol oynayıb bəlkə də bu, o dərəcədə əsassız deyil. Amma fakt burasındadır ki, bəzən yerli və ya yersiz İranlılar xaricilərdən şübhələnirlər və öz siyasətlərini də bu əsaslarda düzənləyirlər. Henri Brextin fikrincə milli xarakterində sövdələşmək olan iranlılarla danışıqlar aparanda bu yuxarıdakı dörd faktoru nəzrə almaq lazımdır.

Özünün Dövlət Departamentindəki fəaliyyətindən söz açan Brext bildirdi ki, Amerika hökumət darilələrində İrana dair məlumatsızlıq hökm sürür. Hələ o zaman İran İslam İnqilabı zamanı Amerikalılar həmin ölkədə nəyin baş verdiyini anlaya bilmirdilər. Daim İranla münasibətlərinə Soyuq Müharibə prizmasından yanaşan Amerika hökuməti Karterin hakimiyyəti dönəmində də İranı anlaya bilmədilər. Bu məlumatsızlıqdan əlavə Amerikada ideologiyanın realizmi bəzən üstələməsi bu yönümdə ciddi əngəllərə səbəb olurdu. Məsələn Dr. Brezejinski soyuq müharibəçi kimi Şahın Ameirka üçün vacibliyini yalnız onun Sovet ittifaqına qarşı tutduğu mövqedə görürüdü.

Brextin fikrincə o zaman Amerika-İran münasibətlərinə təsir göstərən cərəyanlar indi də qalmaqdadır. belə ki, Dövlət Departamentində ümumiyyətlə İran şöbəsi yoxdur. Bu sahə Səudiyyə ərəbistanı ilə məşğul olan bölməyə həvalə olunub. Eyni zamanda Amerikada siyasəti müəyyənləşdirən adamlar realistdən çox ideoloqdurlar. Dünyada demokratiyanın nəyin bahasına olursa olsun yaranmasını təmin etmək istəyən adamlar iranla dialoqun yaranmasına mane olurlar. Onun sözlərinə görə Amerika rəhbərliyi tarixi axarı uyğunlaşmaq yox, bu axarı öz istədiyi istiqamətdə yönəltməyə çalışır. Bütün bunlardan əlavə, cənab Brext düşünür ki, Amerikanın iranla bağlı siyasətinə İsrailin böyük təsiri var.

Brextin təklifinə əsasən, münasibətlərdəki böhrana əlac yolu, molla rejimini demokratik sistemlə əvəzləməkdə israrlı olmaqdan yox, Amerikanın Avropa ölkələrinin İranla apardığı danışıqlara qoşulması və rejimlə sövdələşmə aparmasından keçir.

XS
SM
MD
LG