Accessibility links

ABŞ hökumətinin dəstəyi ilə məcburi köçkün uşaqlara yeni məktəb tikilib  - 2005-03-01


ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatında Azərbaycana da geniş yer verilib. Sənəddə bildirilir ki, 2004-cü ildə Azərbaycanda insan haqlarının vəziyyəti ağır olaraq qalır. Vətəndaşların fundamental hüquqlarının təmin olunmasında və hökumətin bu sahədə öhdəliklərini yerinə yetirməsində ciddi problemlər var. Hesabata görə, ölkədə ötən il siyasi qətl hadisəsi qeydə alınmasa da insanların həbsi zamanı, istintaq prosesində işgəncələr verilib. Cəzaçəkmə yerlərində məhbusların saxlanma vəziyyti pisdir və 774 nəfər vərəmli məhbus var. Azərbaycanda siyasi məhbus problemi həllini tapmayıb və müxalifətdə olan insanlar və qohumları təzyiqlərə məruz qalır. Məhkəmə sistemi qeyri-azad, qeyri müstəqildir. Hakimiyət vəkillik institutunu nəzarətdə saxlayır. Söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində ciddi prodlemlər qalmaqdadır. Hesabatda ölkədəki qaçqın və məcburi köçkünlrəin vəziffətinə də toxunulur. Sənəddə göstərilir ki, erməni qüvvələri Dağlıq Qarabağı və ətraf rayonları işğal altında saxlamaqda davam edir. «Azərbaycan hökuməti bu ərazilərə nəzarət etmir və orada mövcud insan haqları barədə məlumat əldə etmək mümkün deyil. Ötən il Ermənistanın atəşkəs rejimini pozması nəticəsində 6 nəfər azərbaycanlı mülki və hərbi şəxs həlak olub»- deyə Dövlət Departamenti bildirir Dövlət Departamentinin illik hesabatı həmişə olduğu kimi Azərbaycan iqtidarı tərəfindən tənqidlə, müxalifət və hüquq müdafiəçiləri tərəfindən isə reallığı əks etdirən doğru sənəd kimi qiymətləndirilib. ABŞ səfirliyi və ABŞ-ın Avropa komandanlığının dəstəyilə Sumqayıt şəhərində yerləşən Dağlıq Qarabağ münaqişəsi nəticəsində əhalisi doğma yurdlarından qovulmuş Zəngilan rayonunun 19 saylı orta məktəbinin yenidən tikilmiş binasının açılışı olub. ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib ki, Amerikanın ən vacib vəzifələrindən biri də Azərbaycanda təhsilin inkişafına dəstək verməkdir. Onun sözlərinə görə, yeni tikilmiş məktəbdə məcburi köçkün ailələrindən olan 124 uşaq oxuyacaq. «İndiyədək ABŞ hökuməti Azərbaycanda 5 yeni məktəb tikib, daha iki məktəbin açılışı isə bu yaxınlarda olacaq. Bundan sonra da Amerika Azərbaycanda məktəb binalarının tikintisini davam etdirəcək. Biz Azərbaycanda uşaqların dinamik inkişafını istəyir». Azərbaycan baş nazirin müavini. Qaçqınlarla iş üzrə dövlət komitəsinin sədri Əli Həsənov isə ABŞ hökumətinə Azərbaycanda məktəb tikintisində yaxından iştirak etdiyinə görə minnətdarlıq bildirib. Tədbirdən sonra ABŞ səfiri Rino Harniş jurnalistlərin suallarına da cavab verib. «ABŞ hökuməti bu il Azərbaycanda keçiriləcək palament seçkilərinin demokratik və aşkar şəraitdə keçirilməsi məqsədilə 7 milyon dollar vəsait ayırıb». Bu bəynatı isə cənab Harniş Amerikanın səsi radiosunan sualına cavabda verib. «Bu il ABŞ hökuməti Azərbaycan xalqı və hökumətilə proqramlar həyata keçirmək üçün yeddi milyon dollar vəsait ayırıb. Bura həm seçki mütəxəssislərinin, həm ayrı-ayrı partiyalardan olan namizədlərin treninqləri, həm də mətbuatla bağlı proqramlar daxildir"-deyə o vurğulayıb. Cənab Harniş ABŞ-ın Ermənistandakı səfiri Con Evansın ötən həftə Kaliforniyada erməni diasporu ilə görüşündə «Dağlıq Qarabağ Azərbaycana verilə bilməz" bəyanatını şərh edərkən deyib. "Ötən həftə ABŞ hökuməti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsilə bağlı öz möhkəm mövqeyini bir daha təkrarladı. ABŞ Dağlıq Qarabağ adlı hökumət tanımır. Biz eyni zamanda münaqişənin həllilə bağlı müzakirələri, o cümlədən münaqişənin ədalətli, uzunmüddətli və danışıqlar yolu ilə həllini möhkəm dəstəkləyirik"-deyə səfir qeyd edib. İkitərəfli əməkdaşlığa toxunan cənab Harniş deyib ki, ABŞ-la Azərbaycan təhlükəsizlik sahəsində yaxşı əməkdaşlıq edir və əməkdaşlıq üçün çox böyük potensiallar var. O buna misal kimi, Azərbaycanın Xəzər dənizində sərhədlərinin qorunması və sərhədlərinə nəzarət etməsilə bağlı əməkdaşlığı göstərib. "Bu sahədə əməkdaşlıq hər iki tərəfin ehtiyaclarından asılı olaraq genişlənə bilər".

XS
SM
MD
LG