Accessibility links

Yoxsulluq içərisində yaşayan uşaqların sayı artmaqdadır - 2005-03-01


Birləşmiş Millətlər Təşkilatının uşaq fondu UNİSEF-in bildirdiyinə görə, dünyanın zəngin 24 ölkəsindən 17-də yoxsulluq içərisində yaşayan uşaqların sayı artmaqdadır. UNİSEF-in son hesabatında deyilir ki, zəngin ölkələrdə yoxsul uşaqların sayı 40-la 50 milyon arasındadır. Burada Avstraliya, Norveç, Böyük Britaniya və Birləşmiş Ştatlar kimi ölkələrdə 1990-cı illərdən bəri yoxsul uşaqların sayının azaldığı qeyd edilir. Lakin Norveç istisna edilməklə, bu ölkələrdə hələ də yoxsul uşaqların sayı çox yüksəkdir. Yoxsulluğun ən aşağı göstəriciləri Danimarka və Finlandiyada qeydə alınıb. Bu ölkələrdə uşaqların yoxsulluq reyti 3.4 faizdir. Amerika Birləşmiş Ştatlarında son 15 ildə yoxsulluq 2.1 faiz aşağı düşmüşdür. UNİSEF-in hesabatında deyilir ki, buna hökumətin proqramları deyil, iqtisadi artım və iş yerlərinin açılması yardım etmişdi. Sənəddə Britaniyanın yoxsul uşaqlara yardım proqramlarının yoxsulluğun səviyyəsini 3 faiz aşağı saldığı qeyd edilir.UNİSEF dünyanın zəngin ölkələrinə müraciət edərək, uşaqların yoxsulluq səviyyəsinin 10 faizə endirilməsi üçün yeni siyasətlərə əl atmağa çağırır.

XS
SM
MD
LG