Accessibility links

Müsavat partiyası siyasi məhbuslara azadlıq şüarı altında piket keçirməyə cəhd edib - 2005-03-02


Müxalifətdə olan Müsavat Partiyasının üzvləri Ədliyyə Nazirliyi qarşısında azad seçkilər, siyasi məhbuslara azadlıq, söz və sərbəst toplaşmaq azadlığı şüarları ilə piket keçirməyə cəhd göstərib. Cəhdin qarşısı polis tərəfindən alınıb və bəzi jurnalistlər də təzyiq hədəfinə çevrilib.Polis isə insident zamanı xəsarət alanların və saxlananların olmadığını bildirib. AXCP sədri Əli Kərimli ona qarşı təxribat hazırlanması ilə bağlı bəyanatla çıxış edib. Onun sözlərinə görə, təxribatı hakimiyyətdən asılı olan bir veteran təşkilatının adı altında həyata keçirmək istəyirlər. Cənab Kərimli hökumətin belə hərəkətlərlə diqqəti seçkidən yayındırmağa cəhd etdiyini güman edir. Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Amerikanın səsi radiosuna Əli Kərimlinin dediklərinin əsası olmavdığını bildirib. Sıralarında mindən çox təşkilatı birləşdirən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun V qurultayı açılıb. Qurultaya hökumət rəsmiləri, parlamentin deputatları, beynəlxalq təşkilatların təmsilçiləri qatılıb. Milli Qeyri Hökumət Təhkilatları Forumunun prezidenti Azay Quliyev qurultayı ölkədə QHT-lərin inkişafında mühüm hadisə adlandırıb. Cənab Quliyev yerli qeyri hökumət təşkilatlarının çoxlu sayda probleməlirin mövcudluğunu da bildirib. O həmçinin ölkədə milli donor institutunun olmamasından şikayətlənib. «Bunun nəticəsidir ki, milli qeyri höumət təşkilatlarının 99 faizi xarici donorlardan asılıdır»-deyə Quliyev qeyd edib.

XS
SM
MD
LG