Bağdadda üsyançıların İraq hərbiçilərinə qarşı həyata keçirdikləri iki hücum nəticəsində 10 əskər həlak olmuş, 28-i isə yaralanmışdır. Polisin bildirdiyinə görə bu gün birinci hücum bir hərbi bazaya qarşı həyata keçirilib və bunun nəticəsində 6 hərbiçi həlak olub. İkinci hücum isə hərbi buraxılış məntəqəsində baş vermiş, bunun nəticəsində 4 əsgər həlak olmuşdur.