Ukrayna rəsmilərinin bildirdiyinə görə, maşınında radioaktiv uran aşkar edilən bir şəxs nəzarət altına alınıb. Fövqəladə vəziyyətlər nazirliyinin məlumatında deyilir ki, həmin şəxs Borispıl hava limanı yaxınlığında ələ keçirilib. Onun maşınında 582 qram uran metalı aşkar edilib. Xatırladaq ki, Ukrayna Sovet dövründən qalmış radioaktiv maddələrin çoxsaylı tullantılarına malikdir. Ekspertlər terrorçuların bu materiallardan radioloji zəhərlənməyə səbəb ola bilən kirli bombaların istehsalında istifadə edə biləcəyi barədə xəbərdarlıq verirlər.