Accessibility links

Misir və Səudiyyə Ərəbistanı Suriya-Livan böhranını həll etməyə çalışır - 2005-03-03


Yaxın Şərqin güclü dövlətləri olan Misir və Səudiyyə Ərəbistanı Suriyanı hkrbi qüvələrini Livandan çıxarmaq üçün beynəlxalq çağırışları əlaqələdirmək istiqamətində addımlar atır. Misir prezident Hüsnü Mübarəkin sözçüsü müxbirlərə deyib ki, Qahirə və Ər-Riyad Livanda 14 min hərbi qüvvəsi olan Suriyaya təzyiqləri yüngüləşdirmək məsələsi üzərində işləyir. Onun sözlərinə görə, iki dövlət 1989-cu ildə Livanda vətəndaş müharibəsinə son qoymuş müqavilə ilə BMT-nin keçən ilin sentyabr ayında bütün xarici qüvəvlərin Livandan çıxarılmasına çağıran qətnaməsinə qoşulmaq yollarını axtarır. Məsələ Qahirədə Ərəb Liqası dövlətlərinin görüşndə müzakirə olunacaq.

XS
SM
MD
LG