Accessibility links

Çinin Tayvanı özünə birləşdirmək haqda qanunu etirazlara səbəb oldu - 2005-03-05


Çinin baş naziri Ven Jiabao bu gün Çin Milli Xalq Konqresinin illik iclasında Tayvanın Çinə sülh yolu ilə birləşməsinə çağırmış və həmin ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıracağına söz vermişdir. Çinin Tayvanı özünə birləşdirməsi barədəki məramı Tayvanda fəaliyyət göstərən bütün siyasi partiyaları hiddətləndirmişdir. Belə ki, Çinin təlkif etdiyi yeni qanuna əsasən Tayvan öz müstəqilliyini qətiyyən elan edə bilməz. Bu qanun layihəsi ilə bağlı bazar günü geniş-miqyaslı etiraz nümayişləri planlaşdırılır. Taypeydə və Kaohsiunqdə bazar günü keçiriləcək nümayişlərdə 50 mindən çox adamın iştirakı gözlənilir. Söhbət burada bü gün Pekində işinə başlamış Çinin Milli Xalq Konqresində ayrılmaya qarşı qanunun müzakirəsindən gedir. Müddəaları tamlıqla açıqlanmasa da verilən xəbərə görə bu qanun Tayvan müstəqillik elan etdiyi təqdirdə adaya hərbi hücum edilməsinə səlahiyyət verir. Pekinin Tayvanın ona məxsus olduğunu deməsinə baxmayaraq, hələ 1949-cu ildə Çin kommunist dövlətinə çevrildikdən sonra Tayvan adası ayrıca bir dövlət kimi fəaliyyət göstərməyə başlamışdı. Çin rəsmilərinin bu qanunun təcavüzə bəhanə olmadığını deməsinə baxmayaraq Tayvan liderləri bu əminliyi qəti şəkildə rədd etmişlər. Tayvanın Çin məsələləri ilə bağlı konsulluğu cümə günü verdiyi bəyənatında bildirmişdir ki, xoşməramlı danışıqlarınn hərbi təcavüzlə əvəzlənməsi faciəvi nəticələrə gətirib çıxara bilər. Əlbəttə, Tayvan məsələnin mürəkkəbliyini başa düşür və çıxarılacaq son qanunun müsbət olacağına ümid bağlayır. Tayvan daxilində ciddi siyasi fikir ayrılıqlarının mövcud olmasına baxmayaraq Çinlə münasibətlərə gəldikdə hamı vahid mövqedən çıxışıdir. Bu gün Tayvanın iqtidar və müxalifət qanunvericiləri bir araya gələrək Pekini bu qanun layihəsini qəbul etməməyə çağırmışlar.

XS
SM
MD
LG