Accessibility links

İran uran zənginləşdirməsini dayandırmayacağını bildirib - 2005-03-05


İranın yüksək səviyyəli rəsmisi bildirib ki, onun ölkəsi uran zənginləşdirilməsini dayandırmayacaq. O əlavə edib ki, əgər buna görə Tehranın işi BMT Təhlükəsizlik Şurası qarşısına çıxarılarsa onda Yaxın Şərqdə sabitlik pozula bilər. Beynəlxalq nüvə texnologiyaları konfransında çıxış edən Həsən Ruhani deyib ki, İrana qarşı edilən təzyiqlər regional enerji bazarında ciddi problemlərə rəvac verə bilər. Belə ki, İran ən çox neft istehsal edən ölkələr arasında ikinci yeri tutur.

XS
SM
MD
LG