Accessibility links

Pakistan prezidenti Orta Asiyada rəsmi səfərdədir - 2005-03-05


Pakistan prezidenti Pərviz Müşərrəf Orta Asiyaya iki günlük səfərini Özbəkistandan başlayıb. General Müşərrəf Daşkənddə olarkən özbək həmkarı İslam Kərimovla danışıqlar aparacaq. Rəsmilərin dediyinə görə danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, regional təhlükəsizlik məsələləri və birgə anti-terrorizm səyləri olacaq. Pakistan mediasının verdiyi xəbərə görə prezident Müşərrəf sonra Qırğızıstana səfər edərək həmin ölkənin prezidenti Əsgər Akayevlə danışıqlar aparacaq.

XS
SM
MD
LG