Accessibility links

Yuri Kravçenko öz intiharında Leonid Kuçmanı günahkar bilib - 2005-03-05


Ukraynanın sabiq prezidenti Leonid Kuçma bu gün Çex Respublikasından öz vətəninə qayıdıb. Bu, Ukraynanın keçmiş daxili işlər nazirinin intiharından bir gün sonraya təsadüf edir. Deyilənlərə görə nazir Yuri Kravçenko cənab Kuçmanı terrorda günahlandıran yazı qoyub gedib. Ukrayna rəsmilərinin bildirdiyinə görə cənab Kravçenko özünü prokuror qarşısında dinləmədən bir neçə saat öncə öldürüb. O, araşdırıcı jurnalist Georgi Qonqadzenin öldürülməsində əsas şahid hesab olunurdu. Rəsmilərin dediyinə görə Kravçenkonun qoyub getdiyi yazıda öz intiharına görə cənab Kuçma və onun tərəfdarları təqsirkar bilinir. Xatırladaq ki, Ukrayna hökuməti cənab Qonqadzenin ölümü ilə bağlı artıq bir neçə adamı həbs edib.

XS
SM
MD
LG