Accessibility links

İraqda azad edilmiş İtaliyalı girov Amerikalıları ittiham edir  - 2005-03-06


Yenicə azad olunmuş İtaliyalı girov Culiyana Siqrena Bağdad aeroportuna gətirilərkən Amerika əsgərləri tərəfindən atəşə tutulması haqda ətraflı məlumat verib. Onun nəql etdiyi hadisə Amerikalıların dediklərindən fərqlənir. Belə ki, Amerikalılar Siqrenanı aparan maşının heç bir xəbərdarlığa məhəl qoymamasından sonra maşına atəş açıldığını bildirmişlər. Xanım Siqrenanın dediklərindən isə belə çıxır ki, Birləşmiş Ştatlar onu bilərəkdən hədəfə alıb. Belə ki, Amerikalılar girovdarlarla danışıqlar aparılması fikrini rədd edirlər. Güman edilir ki, xanım Siqrenanın azad edilməsi üçün girovdarlara külli miqdarda pul verilib. Qeyd edək ki, baş vermiş insident zamanı Culiyana Siqrena yaralanmış, onu müşaiyət edən İtaliya xüsusi xidmət idarəsinin əməkdaşı isə öldürülmüşdür.

XS
SM
MD
LG