Accessibility links

Qırğızlar parlament seçkilərindəki qanunsuzluqlara etiraz edirlər - 2005-03-06


Qırğızıstanda kütlə ölkənin Çinə gedən əsas avtomobil yolunu bağlayaraq öz namizədlərinin parlament seçkilərinin ikinci turuna buraxılmamasına etiraz edirlər. Başqa müxalifət namizədinin tərəfdarları Cəlalabadda hökumət binasını ələ keçiriblər. Polis və əsgərlər binanı mühasirəyə alaraq ora əlavə insanların gəlməsinə imkan vermirlər. Qırğızıstan daxili işlər nazirinin dediyinə görə ölkənin bir sıra hissələrində insanlar seçkilərdə baş verən qanun pozuntularına etiraz edirlər. Ötən Bazar günü bu ölkədə keçirilən seçkilər ATƏT müşahidəçilərinin rəyinə görə beynəlxalq standardalra cavab verməyib. ATƏT-in bildirib ki, hökumət dairləri namizədləri qanunsuz olaraq seçkidən kənarlaşdırmış, müstəqil medianın işinə müdaxilə etmiş və bəzi hallarda səsləri pulla satın almışlar. Xatırladaq ki, parlamentdəki 75 yerdən yalnız 31-nin sahibi müəyyənləşib. Yerdə qalan 44 yer üçün 2-ci tur seçkilər keçiriləcək.

XS
SM
MD
LG