İraqda son vaxtlar təsadüfi güllə yaralarından ölənlərin sayı 25-ə yüksəlib. Bağdadın şimal bölgəsində isə kamikadze hücumu nəticəsində 15 adam həlak olub, onlarla insan yaralanıb. Bbaqubada yaraqlıların hücumları 10 polis işçisi və İraq əsgərinin ölümü ilə nəticələnib. Bu gün İraq rəsmiləri saçları və saqqalı qısa kəsilmiş İordaniya terrorçusu Əbu Müsab Əl-Zərqavinin yeni foto-şəkillərini yayıb. Xatırladaq ki, son günlər həyata keçirilən hücumların məsuliyyətini Zərqavinin qrupu üzərinə alıb.