Accessibility links

Italiyanın kəşfiyyat zabiti dəfn edildi - 2005-03-07


Bu gün səhər Romanın mərkəzi kilsəsində İtaliyanın kəşfiyyət zabiti Nikola Kaliparinin dövlət səviyyəli dəfn mərasimi keçirilmişdir. Cənab Kalipari Bağdadda yenicə azad edilmiş italyan qirovu təhlükəsiz yerə müşaiyət edərkən Amerika əsgərlərinin təsadüfi atəşi nəticəsində öldürülmüşdü. Təntənəli mərasimdə minlərlə insan iştirak etmişdi. Cənazə kilsəyə qətirilərkən insanlar onu əl çalmaqla qarşılamışlar. Mərasimdə iştirak edənlər arasında İtaliyanın prezidenti, baş naziri və diqər yüksək səlahiyyətli rəsmi şəxslər var idi. ABŞ-ın İtaliyadakı səfiri də tədbirə qatılmışdı.

XS
SM
MD
LG