Accessibility links

Rusiya hərbçiləri: Aslan Məshədov öldürülüb - 2005-03-08


Rusiya təhlükəsizlik qüvvələri xəbər verirlər ki, bu gün Çeçen separatçılarının rəhbəri Aslan Məshədov öldürülüb. Hərbi nümayəndə General İlya Şabalkin Rus mediasına bildirib ki, cənab Məshədov Tolstoy Yurt adlı Çeçen kəndində öldürülüb. Xatırladaq ki, cənab Məshədov 1997-ci ildə Çeçenistanın prezidenti seçilmişdi və ta Rus qüvvələri bu əraziyə hücum edənədək Çeçenistan faktik olaraq mütəqil dövlət kimi fəaliyyət göstərirdi. 1999-cu ildə Rusiyanın o zamankı baş naziri Vladimir Putin Çeçenistana qoşun göndərdikdən sonra, cənab Məshədov gizli fəaliyyətə keçdi. Ruslar cənab Məshədovun və Şamil Basayevin başlarına 10 milyon dollar mükafat qoyublar.

XS
SM
MD
LG