Accessibility links

Mosulda ölənlərin sayı 50-ə yüksəlib - 2005-03-11


ABŞ hərbiçilərinin məlumatına qörə, dünən şimal Mosul şəhərində şiə müsəlmanların hüzr mərasimi zamanı baş verən bomba partlayışı nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. Partlayış 80 nəfərdən artıq insanın yaralanmasına səbəb olub. Onların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir. Növbəti terror hücumlarının mümkünlüyünü nəzərə alaraq, bu gün kütləvi dəfn mərasimi əvəzinə, qurbanlar fərdi qaydada dəfnedilmişdi. Gələn həftə keçiriləcək ilk parlament sessiyası ərəfəsində İraqın şıə birliyi idarəetmə koalissiyasının yaradılması məqsədi ilə kürd rəhbərləri ilə danışıqları başa çatdırırlar.

XS
SM
MD
LG