Accessibility links

V.Putinə qarşı yeni siyasi partiya yaradılacaq - 2005-03-14


Şahmat üzrə dünya çempionu Harri Kasparov Rusiya prezidenti Vladimir Putinə qarşı siyasi bir partiya yaradılmasına çağırıb. Qrassmeyster öz istedadından Rusiyanın siyasi dünyasında strateji düşüncə kimi istifadə etmək istədiyini bildirib. BBC radiosuna müsahibə verən Harri Kasparov deyib ki, enerji və siyasi baxışları Vladimir Putinin dikatatorluğuna etiraz edən ruslar arasında birlik yaradılmasına yardım edə bilər. Xatırladaq ki, Kasparovun başçılıq etdiyi “Azad seçim-2008 komitəsi” adlı qrup Vladimir Putinin üçüncü dəfə prezident seçilməməsinin təminat altına alınmasına çalışır.

XS
SM
MD
LG